GPS - NƏQLIYYAT VASITƏSININ MONITORINQ SISTEMI 
 BENISH GPS 
Məhsullar

GPS - nəqliyyat vasitəsinin monitorinq sistemi

benish gps

Texnologiyaların dinamik inkişafı şirkətlərin mövcudluğu və inkişafı üçün yeni şəraitlər yaradır. Müasir həllər iqtisadiyyatın qlobal tapşırıqlarının həllinə və qısa müddətdə minimal xərclərdə kommersiya aktivlərinin optimallaşdırılmasına imkan verir. Benish GPS şirkəti GPS innovasiyalarına əsasən ticarət donanmasının idarə edilməsi üçün unikal həllər təklif edir.

Yüksək texnologiya olan GPS monitorinq sistemi sizə və biznesinizə zəmanət verərək, avtomobilin istiqamətləri, onun cari yeri və vəziyyəti haqqında müvafiq məlumat təqdim edir.

GPS monitorinq sistemi xərcləri minimuma endirməklə biznesin gəlirliliyinin artırılmasına fokuslanan kompleks həll variantıdır. GPS sistemi hər hansı əlavə insan resursları və ya təşkilat-sifarişçi tərəfindən nəzarət tələb etmir.

benish gps dis

  • Donanma istismarının xərclərinə qənaət etməklə mənfəət artımı
  • Təhlükəsizlik. GPS monitorinq və idarəetmə sisteminin tətbiqindən sonra avtomobil daimi peyk nəzarəti altında olur. Beləliklə, avtomobil sahibi həmişə oğurluq halında nəqliyyat vasitəsinin faktiki yerini müəyyənləşdirə bilər.
  • İş vaxtının təşkili Kommersiya avtomobil təsərrüfatının GPS monitorinqinin tətbiqi vaxtın və əməkdaşların potensialının daha səmərəli idarə edilməsinə imkan verir.
  • İcazəsiz yanacaq xərclərinin qarşısını almaqla, hərəkət marşrutunun optimallaşdırılması
  • GPS monitorinq sisteminin istehlakçılarına 24 saat dəstək
  • GPS monitorinq proqramının intuitiv, rahat interfeysi
  • Göstərilmiş nöqtələrin marşrut uyğunluğuna GPS nəzarət və imtina edildikdə, dərhal bildiriş
  • Sistemin müştərinin fərdi ehtiyaclarına uyğunlaşdırılması imkanı
  • Nəqliyyat vasitəsinin idarəetmə və monitorinq sisteminin sınağının mümkünlüyü

 

benish GPS gruz

Nəqliyyat vasitəsi donanmasının effektiv idarə edilməsi!

GPS monitorinq və avtomobil təsərrüfatının idarə edilməsi inkişaf və qazanca fokuslanan şirkətinin idarə edilməsi alətidir. GPS monitorinq və idarəetmə sisteminin istifadəsi üzrə Avropa təcrübəsi biznes prosesinin optimallaşdırılması üzrə hazırkı  metodun effektivliyini sübut edir.

İzləmə qurğunun tətbiqi və GPS monitorinq sisteminin aktivləşdirilməsi üzrə xərclər bir neçə ay ərzində təkrar qazanılır.

Benish GPS peyk monitorinq sisteminin unikallığı:

  • Tərəfdaşa və müştəri ilə qarşılıqlı faydalı əlaqələrə fokuslanma
  • Təşkilatın maliyyə dayanıqlığı mühüm sərmayə tələb edən kompleks layihələrin reallaşdırılmasına imkan verir.
  • Dövlət Nəqliyyatın Hərəkətinə Nəzarət İdarəsi ilə güclü əməkdaşlıq münasibəti
  • Fərdi yanaşma. Benish GPS şirkəti sifarişçilərin spesifik xüsusiyyətlərini nəzərə alaraq, unikal və innovativ GPS həllərini işləyib hazırlayır və bazara çıxarır.
  • Avadanlıq Avropa İttifaqı ölkələrində və İsraildə istehsal olunur.
  • Avadanlıq beynəlxalq qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılır və ən yüksək keyfiyyət tələblərinə cavab verir.

 


ofice

Benish GPS şirkəti 14 ildən artıqdır ki, monitorinq və təhlükəsizlik, video müşahidə üzrə peyk sistemləri və GIS texnologiyasının istifadəsi üzrə bazar lideridir. Təcrübəli və ixtisaslaşmış işçi heyət həmişə kommersiya avtomobil təsərrüfatının GPS monitorinqi ilə əlaqəli ən iddialı layihələri həyata keçirməyə və qoruyub saxlamağa hazırdır.

Benish GPS şirkəti iqtisadi fəaliyyətin bütün sektorlarında ixtisaslaşır. Daha ətraflı məlumata bölmələrdə baxın:

Biznes fəaliyyəti üzrə sənaye həlləri
Fiziki şəxslər üçün həllər
Dövlət sektoru üzrə həllər

(8 votes, average: 1 out of 5)