ELEKTRON KILID BENILOCK 
 BENISH GPS 
Məhsullar

Elektron kilid BeniLock

Sirlərin azlığı sizin rahat yatmağınıza kömək edir. Atalar sözlərində belə deyilir, lakin anbarınızın, sexinizin təhlükəsizliyi və ya daşınan materialın dəyərləri ilə bağlı hallar istisnadır. Biz rahat yatmağınızı və eyni zamanda əmlakınız haqqında məlumatlar üçün innovativ həll - BeniLock lock kilidini təklif edirik.

BeniLock lock kilidi sizin dəyərlərinizin etibarlı qoruyucusu olub, müasir elektron texnologiyalardan istifadə etməklə, icazəsiz açılma və ya sındırma haqqında sizi xəbərdar edir.

Bu kilidin köməyilə siz həmçinin sexiniz və ya kioskunuzun açılma və bağlanma vaxtlarına da nəzarət edə bilərsiniz.

Bundan başqa, kilidin daşınan yükün üzərində quraşdırılması halında, siz arzuolunmayan hadisələrin dəqiq koordinatlarını əldə edəcəksiniz.

BeniLock aşağıdakıların kombinasiyasından ibarətdir:

  • Təhlükəsiz asma kilid
  • GPS mövqe müəyyənləşdirmə sistemi
  • Rabitə sistemləri

Bunlar hamısı birlikdə hadisənin qeydiyyatını və real vaxt rejimində məkan haqqında məlumatları, habelə bu məlumatların gələcəkdə e-poçt vasitəsilə ötürülməsini, mətn mesajlarını və ya nəzarət və məlumatların gələcək təhlili üzrə ixtisaslaşdırılmış veb-tətbiqləri təmin edir.

Üstünlükləri və imkanları

Təhlükəsizlik
Açar kilidinin yüksək keyfiyyəti etibarlılıq, dayanıqlılıq və açar dublikatına qarşı qabaqcıl mühafizədir.

Kilid ilə qeydə alına bilən hadisələr:

  • Kilidin açılması/bağlanması;
  • Kilidin sındırılmış dəstəyinin qeydiyyatı;
  • Kilidin dəstəyinin mişarlanması zamanı titrəmələr (seçim);
  • Kilidin sındırılması halında kilidə ağır çəkiclə zərbə vurulması (seçim);
  • Kilidin düşməsinin qeydiyyatı, məsələn, darvazanın qapısı ilə birlikdə (seçim);
  • Kilidin dəstəyinin qızması halında temperatur artımının qeydiyyatı (seçim);
  • Gecə vaxtı fənər ilə kilidin işıqlanmasının qeydiyyatı (seçim).

Kilidin  GPS koordinatları hər hansı bildiriş halında göndərilir. Bu, hərəkət edən obyektlərin üzərində quraşdırıldığı halda, obyekti xəritənin üzərində dərhal tapmağa imkan verəcək.

Monitorinq
 Kilidin açılması və ya bağlanması halında, monitorinq proqramında xüsusi xidmət və ya telefonda SMS vasitəsilə real vaxt rejimində bildiriş mövcud olur. Obyektin koordinatları həmçinin bildirişdə ötürülür; bununla, istifadəçi səy göstərmədən kilidin qoyulduğu yerə tapa biləcək.

Kilidin bağlanması/açılması haqqında hesabatlar yaratmaq imkanı mövcuddur və bu, anbarın, kioskun və s. obyektlərin gələcək təhlilini saxlamağa imkan verir və əməliyyat səmərəliliyini artıra və xərclərin azaldılması ilə nəticələnə bilər.

Kilidin hərəkət edən obyektlərin üzərində quraşdırılması halında, 10 dəqiqə - 48 saat intervalında məkan məlumatlarının çıxışı imkanı mövcud olur*.

Nəzarət

Kilidin icazəsiz vaxtda açılmasını və bağlanmasını müəyyənləşdirməklə, həm kilidin açarını oğurlayan işçi heyətin, həm də cinayətkarların oğurluğunu müəyyənləşdirməyə kömək edir; anbarlar üçün müvafiq ola bilər.

Komfort
Kilid əlavə məftillərin çəkilməsinə ehtiyac olmadan işləyir və hətta uzaq və  çətinliklə gedilə bilən yerlərdə effektivdir.

Etibarlılıq
BeniLock birgə səylərin Starcom System və Benish GPS şirkətinin birgə səylərinin və inkişafının nəticəsidir. Təcrübə, peşəkarlıq və innovasiyalar yüksək keyfiyyətli məhsul təqdim edir və bu da tələblərinin reallaşmasını təmin edəcək.

Asan istifadə
 Sadə quraşdırmadan sonra (eləcə də mobil telefonda) kilid işlək vəziyyətdə olur. Siz yalnız akkumulyatoru dəyişdirməlisiniz.  Gündə 12 hadisə göndərilməsi halında, akkumulyator 42 gün işləyir. Akkumulyatorun səviyyəsi aşağı olanda, kilid bu barədə məlumat göndərir.

 

*Bu funksiyada koordinatların çox tez-tez göndərilməsi parametrləri akkumulyatorun sürətlə boşalması ilə nəticələnir, məsələn, hər saat mesajın göndərilməsi halında, quraşdırılmış akkumulyator 5 gün davam gətirəcək.

Benish GPS şirkəti iqtisadi fəaliyyətin bütün sektorlarında ixtisaslaşır. Daha ətraflı məlumata bölmələrdə baxın: 

(7 votes, average: 2 out of 5)